Prof. Qəzənfər Kazımov

Yeni yazılar

Şah İsmayılın böyük qələbəsi və ölməzliyi

«Şərq-qərb» Nəşriyyatı «Şah İsmayıl Səfəvi. Tarixi-diplomatik sənədlər toplusu» adlı kitab buraxmışdır.  Kitabın elmi redaktoru və «Şah İsmayıl Xətainin siyasi irsi tarixi sənədlər işığında» mövzusunda ön sözün müəllifi akademik Ramiz Mehdiyev, elmi məsləhətçisi akademik Vasim Məmmədəliyevdir. Mətnləri fars və ərəb dillərindən Şahin Yahyayev və Elmin Əliyev tərcümə etmişlər. Şərhlər və qeydlər  Emin Əliyev, Taleh Hacıyev, Eldar Əmirov və Salman Süleymanovundur. Tarixi arayışlar Eldar Əmirov tərəfindən yazılmışdır. Bir sıra miniatürlərlə yanaşı, ərəb əlifbası ilə mətnlərin orijinalı da verilmişdir. Kitaba fotosurətlər və Şah İsmayılın  diplomatik yazışmalarında adı çəkilən bir sıra tarixi şəxsiyyətlər haqqında arayıvş da daxil edilmişdir. Ümumilikdə kitabda 53 tarixi-diplomatik sənəd toplanmışdır ki, onların da 3-ü hökmdar fərmanı, 1-i fətva, 49-u isə müxtəlif məzmunlu  məktublardır. Sənədlərin orijinalları fars, ərəb və Osmanlı-türk dillərindədir.

 



 

 

AZƏRBAYCAN DİLİ  VƏ  ƏLİFBASI

Azərbaycan dili Azərbaycan respub­lika­sının dövlət dilidir, dünyanın geniş yayılmış dillərindən biridir. Bu dil­də 50 mil­­­yon­dan artıq adam danışır. Azər­baycan respub­likası ilə ya­naşı, Cə­nu­bi Azərbaycanın da əsas əhalisinin ünsiyyət vasitəsi Azər­baycan dilidir. Dağıstan, Gürcüstan, Türkiyə və İraq ərazilərində də azərbaycanlılar öz qədim yurdlarında toplu halda ya­şa­maqda­dır­lar. Bunlar­dan əlavə, Ru­siyada, Qərbi Avro­pa öl­kə­lərində (Al­maniyada, Fransada, Danimarkada, Norveçdə və s.), ABŞ-da və baş­qa ölkələrdə də azər­­­baycanlılar sə­­­pə­li halda yaşamaqdadırlar. >>> Ardın oxu >>>


ŞAİR HAQQINDA XATİRƏ-DÜŞÜNCƏLƏRİM
Xəlil Rza - 80

Vaxt ötdü, zaman gəldi, Xəlil Rza Ulutürk 80 yaşa çatdı.
Xəlil Rza və yaradıcılığı haqqında çox yazılıb. Bundan son­ra da yazılacaq. Mən bu yazımda Xəlilin yaradıcılığına to­xun­maq istəmirəm. Onu bir insan kimi səciyyələndirmək, onun real təbiəti haqqında bilavasitə müşahidə etdiklərimin bir qis­mi­ni qələmə almaq istəyirəm. Ardın oxu>>>

ÖMRÜN DƏYƏRİ, 75-İN HESABATI
(Qəzənfər Paşayev. Seçilmiş əsərləri, 7 cilddə. Bakı, «Təhsil» nəşriyyatı, 2012)

Konfutsinin: «Elm, bilik elə bir həzz mənbəyidir ki, o, in­­sana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını belə unut­du­­ra bilir» - sözlərinə dayaq olaraq qeyd edirəm ki, sanballı ya­ra­dı­cılıq yolu insanda iftixar doğurur, insan hədər ömür sür­mə­diyini, əbədiyyət qazandığını görüb, dünyanın vəfasızlığından qorx­mur. Bu günlərdə 7 cildliyini aldığım dostum və adaşım, gör­kəmli dilçi alim, ədəbiyyatşünas, tərcüməçi və folklor təd­qi­qat­çı­sı Qəzənfər Paşayev belə bir fərəhli ömür sahibidir. Onun yeddi cildliyi təqribən hər biri eyni ölçüdə – 35 çap və­rə­qi həcmində (bü­töv­lükdə 250 ç.v.-ə qədər) nəfis şəkildə – su­venir ki­tablar ki­mi «Təhsil» nəşriyyatında çap olunmuşdur.


Gazanfar Shirin oghlu Kazimov

Gazanfar Shirin oghlu Kazimov left Soltanli secondary School in 1955, graduated from Azerbaijan Pedagogical Institute (History – Philology department, on the specialities of language, literature and history) in 1960.
He was post-graduate student of the chair of Azerbaijan linguistics of API in 1962-1965, defended the thesis doctor on “The Language of Dramaturgy of A.Hagverdiyev (“Destroyed home”)”, under the leadership of A.M.Demirchizade, professor, Correspoding member of AS in 1967. >>>


PROF.DR. AHMET BİCAN ERCİLASUN’A AÇIK MEKTUP

Saygıdeğer Ahmet bey!

Sizlerle arkadaşımız, değerli Türkolog Ramiz Asker’in doktora tezi savunmasında gö­rüşmüştük. Görüşmemizden sonra eve geldiğimde, kitaplarımın arasında sizin “Türk dili tarihi” kitabınızı aradım. Bu kitabı Türk Dil Kurumunun 5. kongresi nedeniyle Ankara’da bulunurken almıştım. Zaman zaman kitabın sayfalarını bir kaç kez çevirsem de, bir türlü vakit bulup da tam oku­ma fırsatı bulamamıştım. Fakat görüşmemizden sonra hoş sohbetlerinizden etkilenerek bu kitabı dikkatle, yeni başdan okumaya karar verdim. >>>


Prof. Dr. Əhməd bəy ƏRCİLASUNA açıq məktub

Hörmətli ƏHMƏD BƏY!

Dostumuz görkəmli türkoloq Ramiz Əsgərin doktorluq müdafiəsində görüşdük, evə gəlib, kitablarım arasında Sizin «Türk dili tarihi» kitabınızı tapdım. Bu kitabı mən Türk Dil Qurumunun V qurultayında olarkən (Ankara) 20 milyon manata almışdım. >>>


AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun açıq məktubuna cavab («Kredo», 1 noyabr 2007)

Hörmətli Nizami müəllim!

Açıq məktubunu oxudum. Sonunda yazırsan ki, yəqin bu məktubla sizin xətrinizə dəy­dim, qanınızı qaraltdım.
Yox, xətrimə də dəymir, qanım da qaralmır. Mən bundan çox-çox ağır yazılar göz­ləyirdim. Çünki bizim cəmiyyətdə xeyli müddətdir ki, artıq heç bir müqəddəs şey qalmayıb. Kim nə istəyir, yazır. Həqiqəti danışırsan, səni söyüşlə qarşılayırlar. >>>

 

© 2001-2012. Bütün hüquqlar Prof. Qəzənfər Kazımova məxsusdur.