• Baş səhifə
  • Tərcümeyi-hal
  • Həyat və fəaliyyəti
  • Qəzənfər Kazımov - 75
  • Kitablar
  • Haqqında yazılanlar
  • Foto yaddaş
 

Tərcümeyi-hal

Qəzənfər Şirin oğlu Kazımov 3 martt 1937-ci ildə Azərbaycan respubli­kası, Cəb­­rayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. Atası Allah­ver­diyev Şirin Ka­zım oğlu məktəb direktorluğundan müharibəyə getmiş və 1943-cü ildə cəbhədə həlak ol­muşdur.
Q.Ş.Kazımov 1955-ci ildə Soltanlı kənd orta məktəbini, 1960-cı ildə V.İ.­Lenin adı­na Azər­baycan Dövlət Pedaqoji İnstitutunun  (indiki ADPU-nun)  tarix-filologiya fa­kültəsini bitirmişdir. İki il - 1960-1962-ci illər­də Soltanlı kənd orta məktəbində müəllim işləmiş, 1962-­­ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Pedaqoji İnstitutun əyani aspi­ran­turasına daxil olmuş­dur. 1967-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyası mü­dafiə et­mişdir. 1989-cu ildən professordur.
Namizədlik dissertasiyasının mövzusu: "Ə.Haqverdiyevin dramaturgiya dili"; dok­tor­luq mövzusu: "Azərbaycan sovet satirik nəsrinin dili.1920-1940-cı illər (komizmin dil vasitə və üsulları problemi)".
Q.Ş.Kazımov Pedaqoji Universitetdə müəllim (1965-1971), dosent  (1972-1988), pro­fessor  (1989-1998) vəzifələrində işləmişdir. 1989-1997-ci illərdə Pe­daqoji Univer­si­tetin fi­lo­logiya fakültəsinin dekanı olmuşdur. Bir müd­dət Pedaqoji Universitetdə müda­fiə Şura­sının sədr müavini (1990-1994), Ali Attestasiya Komissiyasında ekspert Şura­sının üzvü (1996-1999) olmuşdur. Uzun müddət (1979-2003) Təhsil Nazirliyi nəzdində fi­lologiya üzrə elmi-meto­diki Şu­rada fəaliyyət göstərmişdir. 1999-2000-ci illərdə Nəsi­mi adına Dilçilik institutunda aparıcı el­mi işçi işlə­mişdir; 2001-ci ildən həmin institutda Azərbaycan dialek­to­logiyası şöbəsinin müdiridir. Bö­yük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvüdür. Böyük Britaniya, Kem­bric Bioqrafiya İnstitu­tun­da və ABŞ Bioqrafiya İnstitutunda qeydə  alınmışdır. Ədəbi tən­qidlə məş­ğul­dur. Respublika Yazıçılar və Jurnalistlər bir­li­k­lə­rinin üzvüdür.
Ailəlidir. İki övladı və nəvələri var.
Əsas əsərləri: "Yazı­çı və dil" (1975), "Komik-bədii vasitələr" (1983), "Bədii ədə­­biyyatda komizm üsul­ları" (1987), "Qur­bani" (1990), "Qurbani və poetikası", (1996), "Sənət dü­şün­cələri" (1997), "Dilimiz-tari­ximiz" (1998), «Azərbaycan dilinin tari­xi (ən qə­dim dövrlərdən XIII  əs­rə qədər)», «Komizm nəzəriyyəsi» (2004, rus dilində), «Dil, tarix, poe­ziya» (2005), «Azərbaycan ədəbi dili tarixi» (2007), «Azərbaycan dilində tabeli mürəkkəb cümlənin inkişaf tarixi» (2010)  və s. Ali və orta mək­təblərin "Azərbaycan di­li" dərslik­lərinin ("Azərbaycan dili",8-9-cu sinif­­lər üçün dərslik - 1983-cü ildən; "Azər­baycan dili", rus məktəbinin 2-3-cü si­nifləri üçün dərs­lik - 1977-ci ildən; "Müasir Azərbaycan dili. Sin­taksis" - 2000, «Müasir Azərbaycan dili. Morfologiya» - 2010 - ali mək­təblər üçün dərslik) mü­əl­lifidir. Mərkəzi mətbuatda 300-dən artıq elmi və elmi-pub­lisistik məqaləsi çap olun­muşdur. 8-9-cu siniflər üçün «Azərbaycan dili» (2003) dərsliyi IV Bakı Kitab Bay­ramında keçirilən respublika müsabiqəsində «İlin ən uğurlu dərsliyi» diplomuna layiq gö­rülmüşdür (26 may 2004). Əsərləri haqqında 200-dən artıq elmi və publisistik məqalə ya­zılmışdır. 2008-2010-cu illərdə «Seçilmiş əsərləri»nin 10 cildliyi çap olunmuşdur 40-a qədər elmlər doktoru və namizədinin opponenti olmuş, 10 nə­fər­dən artıq fəlsəfə dokto­runun rəhbəri olmuşdur. Əsərləri rus, türk, ingilis dillərində çap olunmuşdur. Oçerkləri, tər­cümə və kiçik hekayələri vardır. 50 ildən artıq bir müddətdə ali məktəb auditoriyalarında nəsil-nəsil tələbələrin müəllimi olmuşdur.

Əsas yaradıcılıq tstiqamətləri:

-Azərbaycan dilinin tarixi;
-müasir Azərbaycan dilinin quruluşu;
-bədii əsərlərin dili;
-komizm (satira və yumor) nəzəriyyəsi;
-üslub və üslubiyyat məsələləri;
-ədəbiyyatşünaslıq məsələləri;
-metodika. dilin tədrisi.

 

© 2001-2012. Bütün hüquqlar Prof. Qəzənfər Kazımova məxsusdur.