• Baş səhifə
  • Tərcümeyi-hal
  • Həyat və fəaliyyəti
  • Qəzənfər Kazımov - 75
  • Kitablar
  • Haqqında yazılanlar
  • Foto yaddaş
 

ROKFELLERİN ETİRAFLARI VƏ DÜNYA MƏDƏNİYYƏTİNİN QURUCUSU TÜRKÜN BƏDBƏXTLİYİ

 

Rokfeller ailəsi  Amerikanın ən böyük sənaye, siyasət və ban­kir ai­lə­­sidir. Ailə 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində  Con Devison Rok­fel­lerin  (1839-1937) və onun qardaşı Uilyam Eyveri Rokfellerin (1841-1922) vaxtında Stan­dart Oyl vasitəsilə neft biznesində nəhəng dünya gös­tə­ri­ciləri əldə etmiş, Çeyz Manhattan Bankına uzunmüddətli sahiblik və nə­za­­rə­­t ilə böyük şöhrət qazanmışdır.  Con Devison Rok­fel­ler  bəşər tarixində ilk dol­lar milyarderi olmuşdur. Rokfeller ailəsi  Birləşmiş Ştatlarda ən nəhəng  ailə hesab olunur. Əsas regionları: Nyu-York, Çarls­ton, Qərbi Birqiniya, Tsin­tsinnati, Ohayo, Hyuston, Texas, San­ta-Monika və Kalifor­niyadır.
Ailənin məşhur üzvləri:
Con Devison Rokfeller – böyük
Con Devison Rokfeller – kiçik
Con Devison Rokfeller – 3-cü
Nelson Oldric Rokfeller - David Rokfeller
Con Devison Rokfeller – 4-cü
Uintrop Pol Rokfeller və başqaları.
Ailənin ümumi və ayrı-ayrı üzvlərinin fərdi maliyyəsi heç vaxt dəqiq bildirilməyib. Bu sahədə ailə arxivi tədqi­qat­çı­ların üzünə bağlıdır.  Lap əvvəldən və indinin özündə də  sü­la­lə­nin va­r-dövləti ailə ofisləri vasitəsilə sülalənin kişi üzvlərinin nə­zarətindədir.  Qadınlar azad olsa da və ərlərinə müəyyən tə­sir­­lər göstərə bilsələr də, təqaüd alırlar və ailənin taleyi ilə bağlı heç bir şeyə məsul deyillər. Ailənin sərvəti qapalıdır və güclü komitənin nəzarətində olan Çeys Manhattan Bankda top­lan­mış­dır. 1992-ci ildən beş qardaşın rəhbərlik etdiyi ailə 81 ta­ri­xi binada yerləşmişdir.
Rokfellerlərin böyük arxivi yer altında tikilimiş üçmər­tə­bəli bunkerdə saxlanılır. Onlarca xidmətçisi var. Burada ailə üzv­lərinə və bütövlükdə ailəyə məxsus sənədlər mühafizə olunur. Ümumilikdə 70 milyon səhifəlik sənədlər  42 elmi, mə­dəni, təhsil təşkilatına məxsusdur. Yalnız ailənin ölmüş üzv­lərinə aid sənədlər tədqiqatçılara verilir, sağ olan üzvlərin sə­nəd­­ləri tarixçilərin üzünə qapalıdır.140 ildən artıq tarixi olan bu arxiv ABŞ-ın 19 və 20-ci əsrlərə dair dünya siyasətində və so­si­al hadisələrdə rolunu öyrənmək üçün unikal məlumat mənbə­yidir. Burada kənd təsərrüfatı, incəsənət, təhsil, beynəlxalq əla­qə­lər, iqtisadi inkişaf, əmək, tibb, filantropiya, siyasət, əhali, din, ictimai elmlər, ictimai təminat, qadın tarixi, afro-Amerikan ta­rixi və s. sahələrə dair sənədlər, predmet və kolleksiyalar sax­lanılır. Rokfeller iqtisadi fondu hesabına Harvard, Dartmut, Prin­s­ton, Stenford, Yel, Massaçuset, Keys Vestern, Braun, Ko­lum­biya, Kornel, Pensilvaniya və s. kimi 75 universitet və kol­lec təmin edilir.  Ailə hər il beynəlxalq liderlik müka­fa­tı alır. Dör­düncü nəsil  Rokfeller ailəsinin üzvləri (xüsusilə ailə­nin hə­qiqi patriarxı olan görkəmli bankir və filantrop David Rokfeller) beynəlxalq siyasətdə aktiv fəaliyyət göstərmiş, onlarca beynəl­xalq institutun işində iştirak etmiş, pullarını əsirgəməmişdir.  
David Rokfeller (1915-1996) fəlsəfə doktoru, Harvard və  Çi­kaqo universitetlərinin məzunu, Amerika Cəmiyyətinin, Bey­nəl­xalq Əlaqələr Şurasının, Rokfeller universitetinin, Müasir Nyu-York İncəsənət Muzeyinin fəxri sədri, ən başlıcası, 1969-1981-ci illərdə komitənin direktoru olmuşdur. İqtisadiyyata dair əsərləri, me­muarları var. Hazırda komitəni onun oğlu – kiçik Da­vid Rok­fel­ler (1941) idarə edir.(en.wikipedia.­orq/wiki/­Roc­kefel­ler_family)
Bizim söhbətimiz də həmin bu David Rokfellerlə (ata) bağ­lıdır. Haberiumtürk haber sitesi 19 dekabr 2013-cü ildə «ABD`li Ya­hu­di Bankaçı Rokfellerdən YÜZYILIN İTİRAFI!» ad­lı «Son yüz ilin ən böyük etirafları»nı yaymışdır.
Görünür, bu David (Devid) az-çox namuslu və vicdanlı adam olub, tarixi yaxşı bilib, bilib ki, insanın keçmişi ilə bağlı ol­muşları bugünkü insan nə qədər pərdələməyə, öz mə­nafeyi na­mi­nə nə qədər ört-basdır etməyə çalışsa da, bir vaxt onların hamısı açılacaq, heç nə gizli qalmayacaq və heç nəyi də gizli saxlamaq ol­maz. Ona görə də ABŞ-ın və Qərbi Av­ropanın XX əsrdə Yer kürəsi əhalisinin başına gətirdiyi oyun və fəlakətlərin hamısını açıb tökmüşdür.
Onun etirafları böyükdür və bu etirafların içərisində təkcə türk dünyası ilə deyil, bütün dünya ilə bağlı olan prob­lem­lər əha­tə olunmuşdur. Ona görə də oxucu səbr edib bu  ya­zını oxuya bilsə, ABŞ-ın və Qərbi Avropanın Yer kürəsi əha­lisi­nin başına gə­tirdiklərinin bir çoxu ilə tanış ola bilər.  Əsas qəh­rəman ABŞ və Qərbi Avropadır. Bütün ic­raçılar onlardır. Eti­raf­larda «biz» de­dikdə onlar nəzərdə tutulur.
Dediyimiz kimi, doğrudur, etiraflar Yer kürəsi dövlət­ləri­nin hamısını əhatə edir, lakin çox zaman əsas hədəf türklər və Tür­­kiyədir. David  Rokfeller Türkiyənin, türk mədəniyyəti və döv­­lət­çiliyinin, Türkiyənin yerləşdiyi strateji ərazinin əhəmiy­yə­tinə böyük qiymət verir: «Türkiyə haqqında bir qədər daha çox da­yanmaq istəyirəm, çünki dünyadakı ən strateji yerdəki ölkədir və bizim üçün çox əhəmiyyətlidir». David bu «əhəmiyyətlili»yin bir neçə səbə­bini göstərir: 1) Böyük İsrail Dövləti sularının böyük bir qismi­nin  qaynaqları Türkiyə ərazisindədir; 2) Türkiyə Avropa və Asi­ya arasında bir körpüdür və nəhayət, 3) müsəlman alə­min­də ön­cül və demokratik bir ölkədir. David İsraili özünün­kü sayır, İsra­il üçün çox qayğılanır (bu barədə bir qədər sonra) və Tür­ki­yənin qərb üçün, ABŞ üçün əhəmiyyətinin səbəblərini qeyd edə­rək bu mülahi­zə­lər­lə belə bir qənaətə gəlir ki, «İslamiyyəti yıx­maq istə­yiriksə, əvvəlcə Türkiyədən başlama­lıyıq».
Allah atasına rəhmət eləmiş (istəsə) bu David çox şeydən da­­­nışmış, bizim, şəxsən lap  elə mənim də ən yaralı yerimə   to­xu­n­muşdur. Türkün  gücünü çox yaxşı görmüş və bu barədə fik­ri­ni çəkinmədən, açıq şəkildə yaz­mışdır: «Bu türklər əslində birlə­şib bir araya gəlsələr, qar­şı­la­rında heç bir güc dayanmaz».  Bunu bu bədbəxt türklər başa düş­mə­sə də, onun düşməni  çox gözəl ba­şa düşür. Ona görə də belə bir birliyin ola biləcəyini o qədər gözləməsələr də, qarşısını al­ma­ğı çox­dan planlaşdırmışlar. Bu­dur, yenə çəkinmədən yazır: «Bu üzdən belə bir olacağa qarşı ajan­larımız hər an tətikdə gözlə­yir­lər. Türk dövlətlərində açar möv­qelərdə adamlarımız, arala­rın­da ən ufaq bir yaxınlaşma sez­dik­də o an  sabitliyi pozacaq olaylar və zər­bələrlə bunun qarşısını alırıq».
Vallah, deyim ki, biz (mən və mənim kimilər) bədbəxt adamlarıq. Ça­lış, vuruş, aldığın cüzi maaşdan kəsb kitab çap et­dir ki, mən və­tə­nin, onun dilinin, mədəniyyətinin tarixini qo­ru­yu­ram. Bir balaca ikiüzlülüyün, riyakarlığın ola, ona-buna yaltaq­la­na bi­lə­sən, hətta vətən tarixinə dair yaramaz və zə­rərli fikirlər ya­z­san da, bütün titulları alasan və yağ içində böyrək kimi ya­şayasan.  Bir mən deyiləm. Çoxları belədir və be­lə­lərini, doğ­ru­dur, əlacsız xalq qiymətləndirir, lakin yuxarıların ya­nında on­ların heç bir qiyməti  yoxdur, hətta bəlkə onu bütöv­lük­də bir ən­gəl he­sab edirlər.
Davidin dedikləri daha çox siyasətlə bağlıdır. Onların bəzi­lə­ri haqqında bir qədər sonra danışacağam. Mənim siyasətlə elə bir işim yoxdur, onları deməyə də bilərəm. Mənim əsas mətlə­bim indi de­yəcəklərimdir. İynə ilə gor qaza-qaza öyrənirik, fakt­lar ortaya çıxarırıq, hamısını uydurma sayırlar, diletantlıq hesab edir­lər. Biz (Mən də mənim kimiləri «biz» adlandııram) deyirik ki, türkün mədəniyyəti çox qədimdir, Ön Asiyanın ən qədim və ilk ən sivill adamları türklər olub, dövləti, ilk qanunları, ilk əlif­ba­­nı, ilk ədə­biy­yatı, ilk qrammatika və lüğət kitablarını onlar ya­ra­dıblar, bü­tün sonrakı xalqlar onlardan öyrəniblər, Yer üzündə mə­də­niy­yə­tin yaradıcısı bizim babalarımız türk-şumerlər olub, bizə gülürlər, riş­xənd edirlər.
Bir çox tədqiqatçılar türkləri Ön Asiyada şumerlərin yaşıdı ki­mi görə bildikləri üçün fəxr edirlər. Biz isə demişik və deyirik ki, şumer adlandırılan bu sivil xalq bilavasitə bizim babaları­mız­dır, şumer mədəniyyəti deyilən mədəniyyət bilavasitə bizim ba­balarımızın yaratdığı mədəniyyətdir.
Təkcə biz yox, xarici ölkələrin çoxunda bunları əsaslı şə­kildə deyənlər var. Amma ortalığa çıxara, türkün qədim şöhrə­ti­ni, heç olmasa, tarix kitablarında bərqərar edə bilmirik. Çünki iki nə­həng düşməni var. Ən böyük düşməni türkün özüdür, onların qa­baqda gedənləridir. O qabaqda gedənlərdir ki, öz istedad və gücü ilə, öz tarixi du­yu­mu ilə önə keçməyib, saxta yollarla irəli­lə­yiblər. Xarici ədəbiy­ya­tın mənfi təsirindən bir addım kənara çı­xa bilmirlər.  Həqiqəti ortaya çıxarma duyumları yox­dur, xarici aləmin təsirində boğulurlar. Ona görə də sən şumerdan bir balaca danışmağa başlayan kimi, sənə bir nifrətamiz baxışla: «Bunlar bir­azdan yunanları da türk hesab edəcəklər» deyirlər. Amma bunların dediklərinə baxma, sən Davidin dediklərinə bax. David həqiqəti bunlardan müqayisə edilməz dərəcədə düzgün bilir. Çün­ki bilir ki, «Cidanı çuvalda gizlətmək olmaz».
 İkinci qüvvə ABŞ və Qərbi Avropadır.
Davidin «türkləri yıxmağın» üç səbəbi  barədə fikirlərini de­­dik: İsrayılın  su qaynaqlarınınəksəriyyətinin Türkiyə ərazilə­rin­də olması, Türkiyənin Avropa ilə Asiya arasında körpü olması vənəhayət, Türkiyənin Ön Asiyada ən inkişaf etmiş ölkə olması. Onun əsas götürdüyü dördüncü səbəbiqtisadiyyatla bağlıdır: «Dör­düncüsü, ölkə bor mədənləri baxımından  dünyanın ən zən­gin ölkəsidir və bu mədən  yaxın bir gələcəkdə dünyada  neftdən daha qiymətli bir hala gələcək».
İndi gələk beşinci səbəbə. Bütün yuxarıda deyilənlərdən mənim üçün ən əhəmiyyətlisi beşinci səbəbdir. Elə Davidin özü üçün də bu səbəb «ən önəmli» səbəbdir.
Budur, verirəm, oxu – türkləri yıxmağın beşinci səbəbi: «Be­­­şincisi və bəlkə də ən önəmli olanı: türklər mədəniyyətin be­şi­­yidir. Türklər miladdan öncə 4000-ci illərdə Orta Asiyada ya­şa­nan böyük bir fəlakətdən sonra  yaşadıqları yerləri tərk edib, Me­so­­potamiyaya və Rusiya  üzərindən Avropaya gələn Arilər, yəni dünyadakı ən mədəni olaraq qəbul etdiyimiz  Ari irqdəndir və Av­­­ropadakı finlər, macarlar kimi  bəzi millətlər türk kökənlidir.  Ay­rıca Anadoluda böyük sivilizasiya yaradan hetitlər və asur­ların da türk kökənli olma ehtimalı yüksəkdir».
Tələsməyin, ardını verəcəyəm. Burda bir-iki qeydim var. Şumerlərin haradan gəldiyi barədə müxtəlif versiyalar var. Orta Asiya variantı da var. Amma o dövrdə Orta Asiyada türklər elə bir mövqedə deyildilər. Həm də şumerlərin miladdan dörd  min il əvvəl deyil, miladdan əvvəl 6-cı minilliyin ortala­rın­da İkiçayara­sı ərazilərə gəldiyi məlumdur. Bu da dəqiqdir ki, on­lar Mesopo­ta­miyaya Azərbaycan ərazisindən – Zaqroş zonasın­dan enmişlər və daim Azərbaycan – Aratta dövləti ilə sıx əlaqədə ol­muşlar. Nəzə­rə alın ki, şumerlərin bizə gəlib çatan 9 dastanın­dan 6-sı Aratta ilə bağlı hadisələrdən bəhs edir. Müəllifin dediyi «Rusiya ərazi­lə­rin­dən» sözləri müasir Rusiyanı nəzərdə tuta bi­lər, o vaxt nə rus var idi, nə də Rusiya.
David Rokfeller şumerlərin türk olduğunu etiraf elədi. İndi gəlin görək daha nə yazır: «Miladdan öncə 3500-cü illərdə Meso­potamiyada yaşamış olan şumerlər  ilk yazını kəşf edən, cəmiy­yət­də ədaləti saxlamaq üçün ilk qanunları (müəllifdə «yasaları») çıxaran və məhkəmələr quran, ilk dəfə pul işlədən və vergi top­la­yan, ilk məktəb açan və zəmanənin çərxini fırladan millətdir: yə­ni dünya mədəniyyətinin başlanğıc nöqtəsidir və soyları tarix­çi­lərimizin araşdırmalarına görə türk mənşəli insanlardır».
Daha bunlara gülmək olmaz, çünki bunları biz demirik. Bun­­ları Yer kürəsini idarə edənlərdən biri deyir.  Fikrini bir qə­dər də əsaslandırmaq üçün misallar da gətirir: «…tarixçi­lərimizin araş­dırmalarına görə, «kız» mənasına gələn «kir» kəlməsi, «öküz» mənasına gələn «ökür» kəlməsi  kimi bu günə qədər çö­zü­­lə bilən 1000 civarında şumercə kəlmə   və «Ayağını yerə bərk bas», «Dadlı söz ilanı dəliyindən çıxarar», «Sel kimi silib-sü­pür­mək», «Yağ kimi ərimək» kimi yüzlərcə atalar sözü bu gün türk­cədə işlənməkdədir. Şumerlərin Ay Tanrı­sı­nın simvolu olan «Ya­rımay» bu gün türk bayrağın­da sax­lan­maqdadır. Roma və yunan mədəniyyətləri şumerlərdən olduqca çox faydalanmışlar. Saray­larındakı süsləmələr və tanrılar şumer tan­rılarından gə­lir».
Əla, bunlar çox əla! Bəs bu qədim  və ilkin mədəniyyətin üzə çıxmasına nə mane olur?
Maneə təkcə «bunlar birazdan yunanları da türk hesab edə­cəklər» deyənlərlə bağlı deyil. Bunlar bir növ kor edilmiş məx­luq­lardır. Dəhşətli maneəni yaradanlar şumerlərin ilk mədəniy­yə­tin yaradıcısı və türk olduğunu bizdən qabaq bilənlərdir. Baxın, Da­vid nə yazır:
«Mədəniyyətin beşiyi olaraq türkləri qəbul edə bilməzdik; tam əksinə, intriqa ilə bu mədəni miraslarına əl qoyaraq biz on­ları bütün dünyaya  barbar, haqq-hüquq tanımayan bir toplum ola­raq tanıtdıq və bu sahədə olduqca başarılı olduq. Şumer kralları Uru­kagina və  Urnammu  çoxallahlı bir cəmiyyət quraraq, insan­lar arasında ədaləti qorumaq  və haqsızlığı qabaqlamaq üçün  qa­nun­­lar (yasalar) çıxararaq, müasir cəmiyyətlərə örnək olurkən, bu gün təkallahlı bir xalq olan  Türkiyədə bizim çalışmalarımız nə­­ti­cəsinqdə fahişəlik, rüşvət, xırsızlıq, haqsız qazanc və gəlir hökm sürür».
Görəsən, heç utanmırıq ki? Heç xəcalət təri altında ölmü­rük ki? Babalarımızın qanı hesabına qorunub saxlanmış torpaqları və mədəniyyəti düşmənlərə verib, bu torpaqlara, bu mədəniyyətə zərərdən başqa heç bir xeyiri olmayan mənhus adımızı əbədiləş­dir­məyə çalışırıq…
Görəsən, heç düşünən olubmu ki, babalarımız şumerlərin bu qədər böyük kəşfləri, mədəniyyəti, ədəbiyyatı, qanunları, mək­­­təbləri ola-ola, nə cür olub ki, yunan mədəniyyəti önə keçib, mod­da olub, bəşərin ən böyük sivilizasiyası kimi təqdim olunub?
Mən şumer mədəniyyəti ilə tanış olduqdan sonra bu barədə düşünmüşəm. Amma səbəbini tapa bilməmişəm. Düşünmüşəm ki, ola bilər, bəlkə şumer mədəniyyəti bir qədər sonralar kəşf olu­­­nub, - ona görə. Amma xeyr, belə deyilmiş. Sən Davidin de­dik­­­lərinə bax: «Fəqət biz bunu (şumer mədəniyyətini – Q.K.) ört-basdır etmək üçün  Miladdan əvvəl 2000-ci illərdə, yəni şu­mer­­­lərdən 1500 il sonra  təşəkkülünə başlamış Yunan mədəniy­yə­tini dünyadakı ilk mədəniyyət olaraq dünyaya tanıtdıq. Daha da ilginc olanı,  yunanlardan əvvəl  Misir mədəniyyəti  başla­mış­dır; amma onlar da ancaq şumerlərdən 1000 il sonra pirami­da­la­rını qura bi­lə­cək gücə gələ bilmişlər. Mayalılar və İknalar şumer­lərdən 2000 il sonra eyni biçimdə zükkuratlar tikə bilmişlər».
Daha bu sözlərə heç bir əlavə lazım deyil. Zalım oğlu biz­dən də gözəl deyib.
Bu  David çox böyük psixoloq, həm də bir növ həqiqət ada­­­mı imiş. Bütün bunları və bunlardan da əlavə bir çox dünyəvi problemləri açaraq, bunu da əlavə edir ki: «Əslində, insanlar tarix kitablarını açıb oxusalar, bütün gerçəyi görəcəklər. Amma insan oğ­lu üçün  duyduğuna inanmaq yetərlidir, oxumaq çox zor gə­lir (kursiv – Q.K.)». Oxumaq zor işdir, deməli, köksüz, əsassız duy­ğular kifayətdir. Belə olmasa idi, bizim etibar sahibi olan alim­lər oxu­madan, keçmiş tarixi bilmədən əksinə hökm ver­məzdilər, Azər­baycan türk dilinin tarixini dünənə, srağagünə gə­ti­rib çıxar­maz­dılar. Amma David doğru de­yir: ən asanı keçmişi öyrən­mə­dən gecə yatarkən duyduqlarını qələmə alıb sə­hə­ri günü hökm verməkdir. Fikirləşin ki, hansı təsirin altın­dası­nız və kimə qulluq edirsiniz. Görün vətən tarixinin düşmənləri  in­san beynini, vətən oğlunun düşüncəsini vətən tarixinin əleyhinə necə çevirə biliblər! O dərəcədə beyin pozğunluğu var ki, deyir­si­niz: «Hətta eradan əvvəl Azərbaycanda türk faktı tapılsa belə, qə­bul etmək lazım de­yil». Niyə? Bunun kimə zərəri var? Kimin xey­rinədir? Amma bu cür düşüncələrin əksinə, az qala bu böyük türk mədəniyyəti Da­vi­di yoldan çıxarır: «Mən də o ana qədər ən mədəni ulus olaraq ingilisləri görürdüm. Duyduqları heç xoşuma gəlməyincə konuyu dəyişdirdim». «O ana qədər» dedikdə, şumer mədəniyyətindən, türk tarixindən xəbər tutana qədəri deyir.

Biz yazımızı burada tamamlaya bilərdik. Lakin Davidin etiraflarında elə məsələlər də var ki, onlar dil məsələsi olmasa da, təkcə türkün taleyi ilə deyil, bütün dünya xalqlarının taleyi ilə bağlıdır və ona görə də bunlar da oxucu üçün maraqlı olmalıdır.
Etiraflar göstərir ki, Şimali Amerika və Qərbi Avropa Yer üzü­nün böyüklü-kiçikli bütün ölkələri ilə maraqlanır, ölkələri fəth etmək, ələ almaq, onların qanını sormaq, əhalisini səfalətə sü­­rükləmək üçün müxtəlif üsullar tətbiq edirlər.  Müs­tə­qil öl­kələ­rə əl uzatmaq, daxil olmaq üçün bacarıqlı provo­kator­lardan istifa­də olunur. Budur, məsələn, 80-ci illərdə Türkiyədə baş verənləri müəllif belə təsvir edir: «Provokatorlarımızın təsiri ilə Türkiyədə sağ və sol  ideoloji cəbhələr arasında dava qızışdı.  Ölkəyə qoy­du­ğu­muz embardo nəticəsində xalq canından bezmiş, yağ və duza möh­tac olmuşdu. Bir neçə nəfər zənginləşərkən xalq səfalətə düş­­müşdü. Provokatorlar üçün xal­qı qışqırtmaq – ayağa qal­dırmaq çətin olmadı. O dərəcəyə gəl­di ki, hər gün küçələrdə 50-60 adam öldürülürdü. Bütün ölkə terror qorxusu altında idi. Min­lərcə türk gənci uydurma ideolo­jinin əsasında can verdi. Vax­tı gəldikdə bir zərbə ilə bütün bunlar kəsildi, çünki provoka­tor­ların işi qurtarmış, onlar geri çağrılmışdılar». «Burada oynanan oyun, xalqı ümidsiz  və çarəsiz bir duruma düşürmək  və onlara bir «xilaskar» vermək idi. Ondan sonra bu xilaskar nə edirsə-et­sin, o saat qəbul edilə­cək­dir». ABŞ-ın təbliğ etdiyi azadlıq və de­mokratiya uğrunda mü­barizənin mahiyyəti bundan ibarətdir.
Müəllif sonrakı hadisələrə keçərək sözünə davam edir: Əs­gəri hökumət bir müddət dövləti idarə etdi, sonra «bizim bə­lir­lədiyimiz» bir adamı hakimiyyətə gətirdi. Bu, Turğut Ozal idi. Ozal «tam bizim istəklərimiz doğrultusunda öl­kə­nin qapılarını bizə sonuna qədər açdı». «Bizim şirkətlərimiz bu bakir bazara (pi­yasa) qurdlar kimi hücum çəkdilər». «Ölkə Amerika və Avro­pa malları ilə doldu. Həm bizim şirkətlərimizi varlandı­rırdılar, həm də hər il artmaqda olan borc bataqlığna düşürdülər». Gör necə gözəl deyir: «Bu ölkə vəhşi kapitalist sistemi ilə  o qədər cəld uyum saxladı (uyuşdu, uyğunlaşdı) ki, hətta bizim düşün­dü­yümüz xəyali ixracat kimi vurğun metodları kəşf etdilər». Rüşvət, dövlət banklarının çeşitli intriqalarla soyulmaları, bankir skan­dal­ları örnək oldu. Qardaş, dost, ailə kimi anlayışlar unuduldu və sa­dəcə pulu olanlar etibar sahibi oldular. (Zalım oğlu, elə bil, bizim bu günümüzü deyir!). Bu arada yerli sənaye can çəkişir, kiçik müəssisələrdən yavaş-yavaş  böyük müəssisələrə qədər  bir iflas dalğası yayılırdı». «Dövlət müəssisələri isə bizim istədiyimiz adamların (yönetiçilerin) təyin etdiklərinin saxlanması ilə zərər gö­rürdü». Axırda təmiz xəyallarla işə başlayan Ozal  bu sistemin gerçəklərini görərək özünü kapitalizmin çarxlarına qapdırdı, ailəsini və yaxınlarını varlandırmağa başladı, ətrafında prins və prinsessalar ortaya çıxdı, ölkənin monarxizmə doğru getdiyini gö­rüb qayğılanmağa başladıq. Nəticədə ölkə əhalisinin təpkisini sa­kitləşdirmək üçün kürd dövləti  problemindən bəhs etməsini istədik. Kürd dövləti projesini həyata keçirmək üçün ilk növbədə örgüt  (daha çox gənclərdən ibarət təşkilat) yaratdıq.   Qoca Os­man­lı imperiyasından qalan bir ovuc torpaqda yerləşən Türki­yə­nin ölkə iqtisadiyyatına çox böyük zərər dəydi. Bizim heç bir is­tə­diyimizi geriləmək durumunda qalmadı. Sanıram ki, yaxın gələcəkdə tor­paqlarından bir az da, sonra Şimal Anıtlaşması uya­rınca hamısın­dan «fedakarlık etmek zorunda kalacak» («Kurtlar vadisi»nə bax­malı).
Tək bu deyil. Son yüzillikdə həmişə belə olub.  Qeyd edir ki, illərlə kommunizmə qarşı mübarizə aparan Türkiyədə 50-ci illərdə «bizim dəstəyimzlə» Adnan Menderes hakimiyyətə gəldi.  «Marşal yardımı» adı ilə Menderesə dəstəyimiz qarşılığında Tür­ki­yəyə girə bildik. Marşal yardımı adı ilə bizdən borclar götü­rə­rək çox plansız və proqramsız şəkildə sənayenin inkişafına çalı­şırdı. Elə vəziyyət yarandı ki, borcumuzu ödəmək üçün təkrar borc istədi. Biz də əvəzində bizim şirkətlərimizə yol açmasını, Osmanlı imperiyasına təklif etdiyimiz şərtlər tipli şərtlər təklif etdik. O, bu şərtləri qəbul etməyib  biizdən uzaqlaşdı və nəticədə bir zərbə ilə yaxın adamları ilə birlikdə edam edildi.
Bunlar bir misaldır. David Rokfeller çox aydın deyir: «Mə­dən, neft, təbii qaz kimi zəngin yeraltı sərvətlərə sahib olan Or­ta Şərqə  və  Qafqaza hakim olmaq istəyiriksə, bu ölkə (Türkiyə) əli­­mizin içində olmalıdır. Orta Şərq indi-indi əlimizdə sayılır. Qafqazdakı və Orta Asiyadakı digər türk dövlətləri də  yaxında zərbələrlə qarğaşa içərisində boğulacaqlar və ovcumuzun içinə düşəcəklər».
David Rokfeller 96-cı ildə rəhmətə gedib. Görün, bu hesabla ABŞ-ın və Qərbin Şərqi dağıtmaq planları nə qədər əv­vəllərə aiddir!
Çoxları düşünür ki, Amerika bizə kömək edə idi. Onların köməyinin mahiyyətində bunlar durur. Hər hansı bir xalqın qı­rıl­mağı onlar üçün maraqlı deyil.
Təkcə David Rokfeller və onun Rokfeller sülaləsi türk və dün­ya işləri ilə bu cür uğraşmır.  Bu ailə ilə yanaşı, Rotşild ailəsi var. Rokfellerin «Dünya ölkələrini necə ələ gətirmək istəyir­si­niz?» sualına Rotşild bir nümunə əsasında belə cavab verir:  «Bi­rin­ci Dünya savaşı  Avropada bizə qarşı olan imperatorluqları da­ğıtmaq və ən önəmlisi Osmanlı imperatorluğunu parçalayaraq  Or­ta doğudakı neft yataqlarını ələ keçirmək və İsrail dövlətinin yolunu açmaq üçün çıxarılmışdı». Rotşild məsələnin kökünü izah edir: «İsrail dövlətinin qurucusu sayılan  Teodor Heriz o zamankı Os­manlı padşahı 2-ci Əbdülhəmidin yanına gedərək, bizim ai­lə­mizin dəstəyi ilə  Fələstin torpaqlarını satın almaq istədi. Fəqət pad­şah bizə qarşı çıxdı. Bizim üçün Osmanlı imperatorluğunu yıx­maq çox zor olmadı». Rotşild Davidə cavabında Osmanlı im­peratorluğunu belə asan yıxa bilmələrinin səbəblərini də izah edir: «Çünki padşahlar ümumiyyətlə türk qadınları yerinə, fəth etdikləri ölkələrdən kölə olaraq gətirdikləri  başqa din və irqlərə mənsub qadınlarla evlənirdilər. Təbii, Hürrəm Sultan kimi bu qa­dın­lar tədricən ölkənin idarəsində söz sahibi oldular və özləri ki­mi yabançı kökənli adamları ilə  bizim istədiyimiz kimi,  ölkəni uçu­ruma gətirən bir şəkildə idarə edirdilər.  Padşahlar isə dövlət ida­rələrinin  etibarlı əllərdə olduğu düşüncəsiylə zövq və səfaya dalmışdılar». «Bu da Osmanlının çöküş dövrünü başlatdı. Ma­son təşkilatları tərəfindən ayağa qaldırılan (kışkırtılan) insan­ların çı­xardıqları üsyanlarla torpaqlar əldən getməyə başladı. Xəzinə plan­sız xərcləmələrlə tükədildi» (Bizim Qarabağın indiki vəziy­yə­ti də erməni arvadların  və o arvadlar­dan törəyənlərin fəaliy­yə­ti ilə tam bağlıdır).
Bu məqamda Rotşild çox böyük təəssüf hissi keçirir: plan­larının tam başa çatmaqda olduğu bir dövrdə Atatürk meydana çı­xır və onların planlarını yarıda qoyur: «Savaş sonunda hədə­fi­mizə çatmağa az qalmışdı; amma Atatürk adında bir lider ortaya çı­xaraq planlarımızı bir müddətə saxlamağımıza səbəb oldu».
Davidin etiraflarında mühüm bir məsələ də yəhudilərə və İsrail dövlətinə münasibətdir. Nə üçün Amerika milyarderləri bu dövlətə bu qədər rəğbət bəsləyirlər?
Aydın olur ki, Amerika milyarderləri əslən  yəhudi mən­şə­lidir. Etirafların adında «yəhudi David» sözləri də bunu aydın gös­tərir. Və məlum olur ki, 2-ci dünya müharibəsinin də əsas tə­kanverici qüvvəsi yəhudi məsələsi və bu milyarderlər olmuşdur.
Müharibənin bir mühüm məqsədi Avropadakı, xüsusilə Al­maniyadakı yəhudilərin İsrailə dönməsi, İsraildə dövlət quru­cu­luğuna kömək etmələri olmuşdur.  Lakin Avropadakı yəhudilər bu işə o qədər də rəğbət bəsləməmişlər. Belə olduqda onların düş­məni olan Hitleri hakimiyyətə gətirmişlər: «Hitlerin bulun­du­ğu mövqeyə gəlməsi  yenə bizim tərəfimizdən aldığı  maliyyə yar­dımları sayəsində olmuşdur. Harriman, Quaranti Trosti kimi Amerika finans divləri, alman polad kralı Tissenin  maliyyə yar­dım­ları və Tele təşkilatının  dəstəyi ilə  Hitler dünya savaşı baş­la­da­caq gücə gətirildi. Bu iş üçün Hitler seçilmişdi, çünki yəhudi­lərdən nifrət edirdi».
Hitlerin yəhudilərə nifrətinin mühüm səbəbi varmış. Onun nənəsi – atasının anası xidmətçisi olduğu  bir yəhididən hamilə olmuş, bunu bildikdə yəhudinin arvadı onu evdən qovmuş, qadın bir növ çöllərdə qalmış, Hitlerin atasını böyük çətinliklərlə bö­yüt­müşdür.  Hitler böyüdükdə bunları öyrənmiş, onda yəhudilərə qa­tı nifrət yaranmışdır. Nitlerin yəhudilərə nifrəti nəzərə alınaraq, alman yəhudilərinin və Avropanın digər ərazilərindəki yəhu­di­lərin İsrailə getmələri üçün Hitlerin əli ilə onların bir qisminin qı­rıl­masına, qorxudulmasına  izin verilmiş, imkan yaradılmışdır. Da­vid aydın deyir: «Hitler bizim tərəfimizdən gətirildi, çünki buradakı yəhudilər İsrail dövlətini qurmağa yardımçı olmadılar». «İkinci dünya savaşının əsl səbəbi bu an olduğu kimi, dünyada baş­layan iqtisadi böhran idi; digər bir əsas səbəbi isə  diaspo­ra­nın, yəni qutsal torpaqlar xaricində yaşayan yəhudilərin  yeni İs­ra­il dövlətini qurmağa yardımçı olmamaları və bu ölkəyə dön­mə­yi qəbul etməmələri idi».
Qeyd edim ki, İsrail dövləti 1948-ci ildə – müharibədən son­ra bilavasitə Rotşild ailəsinin maliyyə dəstəyi ilə qurula bil­mişdir.
Görün David yəhudi və erməni «soyqırımları»nın köklərini necə gözəl izah edir: «İsrail torpaqlarına dönməməkdə israr edən  yəhudiləri qorxutmaq amacı ilə  bir qədər qətli-ama izn verildi və söyləniləndən çox az adamın  öldüyü bu qətli-amlardan istifadə edi­lərək sözdə milyonların yox edildiyi yəhudi qətli-am sse­na­ri­ləri meydana çıxarıldı.  İndi eyni qətli-am ssenarisi  erməni soy­qı­rımı adı altında türklərə tətbiq elilməkdədir. Bu uyduma soyqırım məsələsi türklərin boynuna yüklənəcək və beləcə Türkiyə  yüz milyardlarca dollar təzminat ödəmək zorunda qalacaq. Bu da türk iqtisadiyyatı üçün böyük zərbə olacaqdır».
Müharibədə iflasa uğramış ölkələrin iqtisadiyyatının qu­rul­masında, onların ələ alınmasında tarixən Harriman, Rokfeller, Van­derblit və Rotşildin maliyyə qurumlarının verdiyi borclar əsas­­lı rol oynamışdır.
Etiraflarda atom bombasının necə hazırlanması və harada sınaqdan keçirilməsi barədə də məlumat var.  «Almanlardan nif­rət edən o zamankı sionist başqanımız Eynşteyn»  Ruzveltə mək­tub göndərmiş və atom hazırlığı Manhattan projesi altında sürət­lə işlənərək sona çatdırılmışdır.  Müəllif göstərir ki, atom silahı çox güclü idi, onu təcrübədən keçirmək üçün Amerika da müharibəyə girməli idi. «Alman şəhərlərində çox sayda yəhudi yaşayırdı, bu ölkəyə atom bombası atıla bilməzdi. Yaponlar ayağa qaldırıldı (qışqırtıldı), yüzlərcə  amerikan əsgərinin ölməsi ilə nəticələnən  Pirl Harbor basqınına göz yumuldu  və bu məsələ də həll edilmiş ol­du». Yəni provokatorların fitnəsi ilə yaponlar ayağa qaldırılır, Pirl Harborda bir qədər Amerikan əsgərinin qırılmasına icazə ve­ri­lir və bəhanə yaradılaraq yapon şəhərləri bombalanır.
«İndi yalnız Çin  nəzarət edə bilmədiyimiz», amma iqtisa­diy­­yatına «qatqısı böyük olan ölkədir» deyən David  Vyetnam, Ko­reya, Tailand, İndoneziya, Əfqanıstan, İran, İraq, Yuqoslaviya, Za­ir, Çad, Yəmən, Qvatemala, Çili, Braziliya, Dominikan, Soma­li, Salvador, Panama, Boliviya, Ekvador, Peru, Uruqvay, Anqola və b. ölkələrə nə cür girə bildiklərini və o yerlərdə nələr etdik­lə­rini bir-bir sadalayır.
İndi Rotşild David Rokfellerin sözlərindən ləzzət alır: «Mən «dünyada əl atmadıqları (əl atmadığımız – Q.K.) başqa öl­kə qaldımı, əcaba?» deyə düşünürdüm. Rokfeller məni belə şaş­qın­lığa uğratmanın zövqü ilə içkisini bir udumda bitirərək (söz­lərini) tamamladı: «Dünyada heç bir yerdə mafiya və qaçaqçılıq olayları bizim iznimiz olmadan yerinə yetirilə bilməz...  Dün­ya­nın heç bir ölkəsinə mafiya və ya qaçaqçılıq fəaliyyətləri o döv­lətin xəbəri və izni olmadan girə bilməz. Girə bilməsi (yapıl­ma­sı) üçün üst eşelonda  işbirlikçiləri olmalıdır. Bu işbirlikçiləri üçün gözünü pul ehtirası bürümüş adamlar seçilir və bir kərə bu işlərə bulaşdımı, bir daha çıxış yoxdur. Dünyanın hər yerində ta­mamilə bizim nəzarətimiz altında çalışan mafiya, xüsusilə uyuş­du­rucu və silah qaçaqçılığı ilə bağlıdır, çünki ən şirin pul bu sa­­hə­lərdədir. Bu puldan ən böyük payı biz alırıq  və pul ilə birlikdə məsum görünüşlü fondlarımızın dəstəyi ilə bütün bu fəaliy­yəti­miz maliyələşdirilir , buna işbirlikçilərinə verilən pul və rüşvətlər də daxildir».
David çox maraqlı bir sual qoyur: «Nə səbəbə  Şimali Ame­rika və Qərbi Avropa varlı bir həyat sürür, dünyadakı 5 mil­yard insan bizim 1 milyard insanımız üçün çalışır?»  Yenə sual ve­rir: «Heç düşündünüzmü, Şimali Amerika və Qərbi Avropa öl­kələri vətəndaşlarına  rahat və varlı yaşam tərzi verilərkən dün­ya­­nın digər ölkələrində nə səbəbə səfalət və bitməyən bir qarı­şıq­lıq var?»
Özü cavab verir: «Çünki bizim irqimiz seçilmiş irqdir, di­gərləri sadəcə kölədirlər. Əgər yaşamaq istəyirlərsə, ömür boyu bizə bu şəkildə xidmət etməyə məcburdurlar. Dünyadakı 5 mil­yard insan bizim cəmiyyətlərimizdəki 1 milyard insan üçün çalı­şır. Bütün zənginlikləri bizim şirkətlərimizə və  dolayısı ilə bi­zim ölkələrimizə axıdılır. Biz inkişaf etmiş ölkələr hər keçən gün daha da zənginləşərkən üçüncü dünya ölkələri iqtisadiyyatı çök­dürülmüş, xalqı uydurma savaşlar və hadisələrlə səfalətə sü­rük­lənmiş çarəsiz bir haldadır; (onların) rifah içində yaşayan işbirlikçi rəhbərləri və zəngin təbəqələri  bizim əmrlərimizi göz­ləyirlər (kursiv – Q.K.)».
İndi sən öz keçmiş tarixinə xor baxdığın kimi, bu gününə də bax, düşdüyün səfalətin səbəblərini öyrən.  Belə bir «bey­nəl­miləl» şəraitdə ölkənin və onun vətəndaşlarının səfalətinin sə­bəb­lərini öyrənmək, David demişkən, nə qədər zor bir işdir! Heç bir ölkənin ixtiyarı tam şəkildə özündə deyil. Bütün ölkələr bey­nəlxalq irticanın əli ilə idarə olunur. Bu irticanın mühüm təm­­sil­çilərindən biri olan Davidin insafı olsa idi, heç olmasa, bəşəriy­yətin bu hala düşməsindən ləzzət almaz, ona gülməzdi. David bu sahədəki müvəffəqiyyətlərində  «Hegel dialektikasının arzula­rı­mı­zın dorğrulmasında nə qədər çox işə yaradığını görürsünüz» deyə Hegel dialektikasına, Hegelin idealist fəlsəfəsinə əsaslanır. Bu yöndən baxın və Marksizmin, Leninizmin bəşəriyyət üçün nə qədər faydalı olduğunu və əslində, yeganə çıxış yolu olduğunu ba­şa düşün. Minilliklər ərzində ələ düşmüş kommunizmi həmin bu irtica – 5 milyard insanı kölə kimi saxlayan və bəşəriyyətin bu qə­dər böyük hissəsinin köləliyindən ləzzət alan, öz firəvan həya­tını bu köləlik üzərində quran irticanı tanı.
Elə düşünməyin ki, David fikirlərini bununla bitirir. Xeyr, mət­ləb çox dərindir və faciəvidir. Siz təkcə bizim təhsilimizə ba­xın. Görün təhsil nə gündədir. Sovet dövründə  yaradılmış əməlli təhsil sistemi tam şəkildə bərbad edilib. İmperiya hesab olunan So­vet dövləti plana uyğun olaraq kadr hazırlayır və hazırladığı kadrlara yardım edirdi, onlara təqüd verirdi, sonra işlə təmin edir­di. Amma indi müstəqil Azərbaycan ali məktəbləri tələbədən bö­yük məbləğdə təhsil haqqı almaqla onu oxudur. Həm də nə oxut­maq? Təhsil o qədər yüngülləşdirilib, plan və proqramlar o qədər bəsitləşdirilib ki, ali məktəbi bitirən məzun az qala universitetə da­­xil olarkən bildiklərini də unutmuş olur. Tələbələrdə kütləvi şəkildə dərsə maraq son dərəcə aşağı səviyyədədir. Tələbə səyi de­yilən şey yoxdur. Bir tələbəni universitetdən xaric etmək ol­maz, çünki pul ödəyir.Sonda dövlət imtahanı adına bir qarışıq fən­lər imtahanı ilə ali məktəb  diplomu alır. Bitirir və ötürülür çö­lə: get, tapa bilirsən, özünə iş tap. Ali məktəblər üzünü xarici yar­dımlara açır. Sovet dövründə pislənilən təhsil sistemlərindən istifadə edilir. Profili oldu-olmadı, hər ali məktəb istədiyi ixtisas üzrə məzun «yetişdirə bilir». Getdikcə ali məktəblərin qapıları aşa­ğa ballarla daha çox abituriyentin üzünə açılır. Hamı da başa düşür ki (bu bədbəxt xalqdan başqa), bunların hamısı pul yığmaq, xalqın əlində olanları da almaq üçündür.   
Nədir bunların səbəbi? Niyə belə olur?
Səbəb yuxarıda dediyim həmin beynəlxalq irticadır. Bu ir­tica qloballaşma adı ilə bizim xalqlar kimi xalqların məhvinə ça­lışır, çünki bunlar «aşağı irq» sayılır, onların savad almasına ehti­yac yoxdur, onlardan alim və ziyalılar çıxmamalıdır. Balaca savad almaları kifayətdir.
Bu, bir həqiqətdir və bizim iş başında olanların da bir çoxu həmin irticanın xidmətindədir, çox asanlıqla uyuşdurucu və silah alveri ilə qazanılan xarici pulların şirinliyi onları özünə çəkir, sa­vad və köklü düşüncə, xalqın gələcəyi barədə düşüncə olmadığı üçün bir misal kimi seçdiyimiz Azərbaycan təhsili bu gündədir. Özləri üçün qorxu yoxdur. Pulları var və bərkə düşən kimi, öz pul­larının köməyi ilə ali irqə qovuşub Azərbaycanı tərk edəcək­lər.  İnanmırsansa, David Rokfellerin dediyi bu sözləri də oxu:
«Bizimlə işbirliyi quranlar çox yaxında yeni dünya höku­mətində  öz bölgələrini  bizim idarəmiz altında idarə edəcə­k­lər, üçüncü qrup ölkələrin xalqları tədris xüsusiyyətlərinə görə  işçi ola­raq çalışacaqlar, bizim kimi inkişaf etmiş xalqlar da bunların üstündə bir ierarxiya ilə rəhbər kimi vəzifə daşıyacaqlar. Bu qru­pa daxil olan insanlar üçün cumaertəsindən başqa, bütün bayram və tətil günləri aradan qaldırılacaq və ancaq qarınlarını doyu­ra bi­ləcəkləri bir maaş qarşılığında bütün il boyunca həftənin altı gü­nü çalışacaqlar. Bizim insanlarımız  günün çox az bir qismini  iş­lə­məyə ayıracaq və günün geri qalan qismi­ni  zövq və əyləncə ilə keçirəcəklər».
Təhsilin «humanistləşdirilməsi», «tələbənin fəallığı», saat­la­­rın azaldılması, «4 ili 7 ildə də başa vurmaq olar» ideyası bun­lar­la bağ­lıdır və Şimali Amerikanın, Qərbi Avropanın qarnını do­yur­maq üçündür.
David bunu da əlavə edir ki, o bu dediklərini əvvəllər xə­yal hesab edirmiş, lakin ömrünün sonlarında, az baxsa  da, hər an televiziyada gördüyü savaşlar, aclıqdan və səfalətdən sürünən in­-sanlar onun inamını artırmışdır.
Təbii ki, bütün bunlar dəhşətdir. Tək bizim ölkəni deyil, bü­tün Asiyanı, Afrikanı, bütün Şərqi, Şərqi Avropanı nəzərdə tu­tur. Lakin çıxış yolu da yox deyildir. Onlarca milyarder yığıla, heç bir xalqı məhv edə, indiki şəraitdə köləyə çevirə bilməz. Bu­­nun üçün ölkənin rəhbəri xalqı sevən insanları öz ətrafına yığıb əda­ləti qorumalıdır. Necə ki bir vaxt ulu babaları Uru­kagina,  Ur­nam­mu  ölkəni ədalətlə idarə edib, Atatürk öz böyük qüdrəti ilə düş­mənin planlarını alt-üst edib. Lakin əgər hakim hakimiyyətini uzatmaq naminə həmin milyarderlərlə işbirliyi yapıb xalqı ayaq altına alarsa, o ölkəyə nicat yoxdur.

Prof.Q.Ş.KAZIMOV
10.05.2014

 

 

© 2001-2012. Bütün hüquqlar Prof. Qəzənfər Kazımova məxsusdur.